XƏBƏR
12-10-2021, 13:00

Qeyri-iş günləri ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilə bilər

Qeyri-iş günləri ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilə bilər

Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Bu məsələ qanunun predmeti deyil.

Qərbinfo.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək: ““Bu layihə qəbul olunandan sonra yəqin ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə gələcək. Amma düşünmürəm ki, bu, konkret bayram gününə hesablanmış dəyişiklik olacaq. Bu, texniki dəyişiklik olacaq”.






Son Xəbər