XƏBƏR
11-10-2021, 17:31

Türkiyə istehsalı olan "Pusat" hərbi maşını Konyada elm festivalında nümayiş olunub

Türkiyə istehsalı olan "Pusat" hərbi maşını Konyada elm festivalında nümayiş olunub

Türkiyənin TÜMOSAN şirkəti tərəfindən istehsal olunmuş "Pusat" taktiki zirehli hərbi maşını Konya şəhərində elm festivalında nümayiş etdirilib.

Qərbinfo.az “Yeni Şafak” qəzetinə istinadən məlumatına görə, festivalda maşının hibrid versiyasının prototipi sərgilənir.

“Albayrak” şirkətlər qrupuna daxil olan TÜMOSAN şirkətinin şassi sistemləri mühəndisi Sinan Əli Yılmaz bildirib ki, “Pusat” minalara və ballistik silahlara qarşı müdafiə təmin etmək iqtidarındadır.

Qeyd olunur ki, maşın əməliyyat, hərbi, qənaət və relyef üsulu olmaqla dörd hərəkət üsuluna malikdir.

Mühəndisin sözlərinə görə, “Pusat” 9 nəfər heyət tutumuna malikdir. Maşın həm insan tərəfindən, həm də insansız idarə oluna bilər.

Xatırladaq ki, "Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.

2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.






Son Xəbər