XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
9-10-2021, 10:48

“Bir pəncərə” Xidmət Mərkəzi 175 nəfər rayon sakininə xidmət göstərib - ŞƏMKİR

“Bir pəncərə” Xidmət Mərkəzi 175 nəfər rayon sakininə xidmət göstərib - ŞƏMKİR

Şəmkir Rayon İcra Hakimiyyətinin “Bir pəncərə” Xidmət Mərkəzi 08.10.2021-ci il tarixində 175 nəfər rayon sakininə xidmət göstərib.

Xidmət Mərkəzindən Qərbinfo.az-a verilən məlumata görə, göstərilən xidmətlər əsasən, Rayon İcra Hakimiyyətinin şöbələri: Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi - 111, Ərazi və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi - 9, Memarlıq və tikinti şöbəsi - 2, İctimai-siyasi və humanitar məsələlər şöbəsi - 9, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası - 3, Hüquq şöbəsi - 19, Sosila-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi -12, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi - 10 müraciət üzrə aparılıb.

Bundan əlavə, Xidmət Mərkəzinin könüllüləri tərəfindən vətəndaşlara yazı xidmətləri göstərilib, növbəlilik terminalı vasitəsi ilə müraciətlərin reallaşdırılması təmin edilib.
Xidmət zamanı sanitar-epidimeioloji qaydalara ciddi əməl olunmuşdur.

Xidmət mərkəzi işini saat 09:00-dan 18:00-dək davam etdirmişdir.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin “Bir pəncərə” Xidmət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında“ Əsasnaməyə uyğun olaraq yaradılmışdır.
01 aprel 2021-ci il tarixdən fəaliyyətə başlayan Şəmkir Rayon İcra Hakimiyyətinin “Bir pəncərə” Xidmət Mərkəzi öz işini mövcud qanunvericilik sistemi çərçivəsində quraraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada təşkilini həyata keçirir.
“Bir pəncərə” Xidmət Mərkəzi 175 nəfər rayon sakininə xidmət göstərib - ŞƏMKİR“Bir pəncərə” Xidmət Mərkəzi 175 nəfər rayon sakininə xidmət göstərib - ŞƏMKİR






Son Xəbər