XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
25-09-2021, 14:52

İcra başçısı rayonun şəhid ailələri ilə görüşüb - ŞƏMKİR

İcra başçısı rayonun şəhid ailələri ilə görüşüb - ŞƏMKİR

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə növbəti görüşünü keçirib.

Görüş zamanı çıxış edən RİH başçısı bildirib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır: “Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir”.

İcra başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır: “Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq”.

Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndiriblər.

RİH başçısı Rəşad Tağıyev şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.






Son Xəbər