XƏBƏR, SOSİAL
25-09-2021, 12:28

Şəmkirdə şəhid ailələrinin ziyarəti davam edir

Şəmkirdə şəhid ailələrinin ziyarəti davam edir

27 sentyabr Anım Günü ilə əlaqədar Şəmkir rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində bu gün Şəmkir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn Yunisli Elşən Fazil oğlu, Məmmədov Rüstəm Müsəllim oğlu, Həsənov Bəşir Xəqani oğlu və Hüseynov Anar Saday oğlunun ailəsini ziyarət edib.

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən şəhidlərin xatirəsini yad edib, dərin ehtiramlarını çatdırıblar.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.
Şəmkirdə şəhid ailələrinin ziyarəti davam edir






Son Xəbər