XƏBƏR, DÜNYA
25-09-2021, 11:21

Quterreş Lavrovla Rusiya və BMT-nin əməkdaşlığını müzakirə edib

Quterreş Lavrovla Rusiya və BMT-nin əməkdaşlığını müzakirə edib

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində təşkilatın baş katibi Antoniu Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Qərbinfo-un məlumatına görə, bu barədə baş katibin ofisinin açıqlamasında deyilir.

Məlumata əsasən, görüş zamanı tərəflər Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər:

"Baş katib və xarici işlər naziri bir çox məsələ üzrə Rusiya və BMT arasındakı əməkdaşlığı müzakirə ediblər. Tərəflər həmçinin Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı son hadisələr üzrə fikir mübadiləsi aparıblar".






Son Xəbər