XƏBƏR, SOSİAL
25-09-2021, 10:33

Şəmkirdə Anım günü ilə əlaqədar olaraq şəhid ailələri ziyarət olunur

Şəmkirdə Anım günü ilə əlaqədar olaraq şəhid ailələri ziyarət olunur

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Şəmkir şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 27 sentyabr Anım Günü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər davam etdirilir.

Qərbinfo.az xəbər verir ki, bu günlərdə Şəmkir Suvarma Sistemləri İdarəsinin, Şəmkir Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin, 2 Saylı Regional Maliyyə Müfəttişliyinin Şəmkir Maliyyə İdarəsinin, Rayon Statistika İdarəsinin, rayon Telekommunikasiya Qovşağının rəhbərliyi və məsul işçiləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid Əliyeva Nurçin Emin qızı, Qəribzadə Hüseyn Qədir oğlu, Qurbanov İsmət Firuz oğlu, Qarayev Telman Əli oğlu, Qədimov Ayxan Fikrət oğlu, Yusibov Rəşad Nazim oğlu, Səmədov Elgün İlham oğlu, şəhid Namazov Təbriz Ələmdar oğlu, şəhid Məmmədov Vüsal Aydın oğlu, Abdullayev Mərahim Aslan oğlu, Əkbərli Rüfan Elzabit oğlu, Ələsgərli İlkin Bəkir oğlu, Namazov Babək Səhman oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.
Şəmkirdə Anım günü ilə əlaqədar olaraq şəhid ailələri ziyarət olunur






Son Xəbər