XƏBƏR, SOSİAL
24-09-2021, 18:20

Şəmkirdə poçt əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Şəmkirdə poçt əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Şəmkir şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 27 sentyabr Anım Günü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər davam etdirilir.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Poçt Filialının rəhbərliyi və məsul işçiləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid Nadirli Nadir Arzu oğlu, şəhid Şahbazov Şahbaz Mirzə oğlu, şəhid Gülməmmədov Eşqin Rabil oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.
Şəmkirdə poçt əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Şəmkirdə poçt əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Şəmkirdə poçt əməkdaşları şəhid ailələrini ziyarət ediblər






Son Xəbər