XƏBƏR, DÜNYA, SİYASƏT
23-09-2021, 18:45

“Taliban” yaxın zamanlarda öz üzvləri arasında “təmizləmə” işləri aparacaq

“Taliban” yaxın zamanlarda öz üzvləri arasında “təmizləmə” işləri aparacaq

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı yaxın zamanlarda öz üzvləri arasında hərəkatın prinsiplərinə zidd əməllərlə məşğul olanların müəyyənləşdirilməsi üzrə tədbirlər görəcək.

Qərbinfo.az yerli “Shamshad TV” telekanalına istinadla xəbər verir ki, “təmizləmə” işləri ilə Əfqanıstan İslam Əmirliyinin xüsusi komissiyası məşğul olacaq. Sərt şəkildə cəzalandırılacaq cinayətlər sırasına mənəvi aşılanma, korrupsiya, şəxsi düşmənçilik, soyğunçuluq və insanların təqib olunması daxildir.

Qeyd edək ki, 1996-2001-ci illərdə Əfqanıstanın böyük hissəsinə nəzarət edən “Taliban” hərəkatının lider Molla Ömərin qərarı ilə mənəviyyata nəzarət edən “Tasfiyə əs-Saf” (Sıraların təmizlənməsi”) komissiyası yaradılmışdı. Bundan başqa, hərbi qulluqçular tərəfindən törədilən cinayətlərlə hərbi prokurorluq və xüsusi hərbi məhkəmələr məşğul olurdu.






Son Xəbər