XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
23-09-2021, 13:34

Yeni icra başçısı Rəşad Tağıyev ictimai şuranın üzvüləri ilə görüşdü

Yeni icra başçısı Rəşad Tağıyev ictimai şuranın üzvüləri ilə görüşdü

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirib.

İcra başçısı görüşdə dövlət-vətəndaş münasibətlərinin inkişafında ölkəmizdə yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb.

Qərbinfo.az-ın məlumatına görə Rəşad Tağıyev qeyd edib ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün RİH başçısı yanında İctimai Şuraya lazımi şərait yaradılacaq.

İctimai Şuranın üzvləri onlara göstərilən etimadı doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin Şəmkirin həyatı ilə bağlı müxtəlif məsələlərin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.

Tədbirdə İctimai Şura ilə əməkdaşlığın daha səmərəli təşkili, rayonun ictimai həyatında vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, vətəndaş-İctimai Şura-RİH kommunikasiyasının təşkili və sair barədə də müzakirələr aparılıb.
Yeni icra başçısı Rəşad Tağıyev ictimai şuranın üzvüləri ilə görüşdü
Yeni icra başçısı Rəşad Tağıyev ictimai şuranın üzvüləri ilə görüşdü






Son Xəbər