XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
22-09-2021, 12:44

Şəmkir RİH-in yeni başçısı şəhid övladları ilə görüşüb

Şəmkir RİH-in yeni başçısı şəhid övladları ilə görüşüb

"Sizlər atalarınızın hansı zirvəyə ucaldığını, milləti, xalqı üçün hansı şücaəti göstərdiyini tarix kitablarında oxuyub qürur duyacaqsınız”

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev yeni tədris ili münasibətilə şəhid ailələrinin övladları ilə görüş keçirib.

Görüşdə RİH-nin məsul əməkdaşları, Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev və məktəbəqədər və orta təhsilə başlayan şəhid övladları, onların valideyinləri iştirak ediblər.

Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən RİH başçısı Rəşad Tağıyev xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu xüsusi vurğulayıb.

İcra başçısı bildirib ki, bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunub və dövlətimiz tərəfindən Zəfər tariximizin yazılmasında iştirak edən hər bir əsgərin əməyi yüksək dəyərləndirilir.

Yeni təhsil ilinin başlanması münasibətilə şəhid övladlarını təbrik edən icra başçısı Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və onların da ataları kimi Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edib: “Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və sizlərin qəhrəman atalarınızın qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdi. Sizlər atalarınızın hansı zirvəyə ucaldığını, milləti, xalqı üçün hansı şücaəti göstərdiyini tarix kitablarında oxuyub qürur duyacaqsınız”.

Şəhid ailələri və övladları dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan söz açıb, minnətdarlıqlarını çatdırıblar.

Görüşün sonunda Şəmkir RİH tərəfindən şəhidlərin övladlarına hədiyyələr, məktəb ləvazimatları təqdim edilib.

Şəmkir RİH-in yeni başçısı şəhid övladları ilə görüşüb
Şəmkir RİH-in yeni başçısı şəhid övladları ilə görüşüb
Şəmkir RİH-in yeni başçısı şəhid övladları ilə görüşüb
Şəmkir RİH-in yeni başçısı şəhid övladları ilə görüşüb






Son Xəbər