XƏBƏR, SİYASƏT
15-09-2021, 14:00

Azərbaycan xalqı və Azərbaycan ordusu ilə qürur duyuruq - Pakistan Ombudsmanının müşaviri

Azərbaycan xalqı və Azərbaycan ordusu ilə qürur duyuruq - Pakistan Ombudsmanının müşaviri

Azərbaycan xalqı və Azərbaycan ordusu ilə qürur duyuruq ki, Qarabağın işğalına son qoydular.

Qərbinfo.az-ın məlumatına görə, bunu Pakistan Ombudsmanının müşaviri Məhəmməd Cavid Qani jurnalistlərə açıqlamasında deyib.

Pakistan Azərbaycan ordusunu və Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir:

“Pakistan və Pakistan xalqı adından şəhdilərimizin xartirəsini ehtiramla yad edirəm. Nəhayət ki, ədalət bərqərar oldu və erməni işğalı altında olan Qarabağ azad edildi. Pakistan ermənilərin törətdiyi vandalizmə qarşıdır və bu mövzuda hər zaman Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında dəstəkləyib və dəstəkləyəcək. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq.”






Son Xəbər