XƏBƏR, İQTİSADİYYAT
15-09-2021, 12:48

Azərbaycanda heyvanların qeydiyyatı sisteminin yaradılması müzakirə olunub

Azərbaycanda heyvanların qeydiyyatı sisteminin yaradılması müzakirə olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasının "Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi"nin məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

AQTA-dan Qərbinfo.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.

Tədbirdə Belarus Respublikasında istifadə olunan heyvanların identifikasiyası və qeydiyyat sisteminin modulları üzrə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Belarus Respublikasının “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında Azərbaycan Respublikası ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.






Son Xəbər