XƏBƏR, İDMAN
14-09-2021, 12:43

Azərbaycan gimnastları İtaliyada Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan gimnastları İtaliyada Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan gimnastları sentyabrın 17-19-da İtaliyanın Pezaro şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək.

Qərbinfo.az-ın məlumatına görə, yarışda Azərbaycanı Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil edəcək.

Avropa çempionatında 22 ölkədən 163 gənc və 163 böyük idmançı iştirak edəcək.






Son Xəbər