XƏBƏR, MANŞET-SLAYDER
13-09-2021, 13:27

Azərbaycan və Türkiyə sualtı hücum qruplarının təlimi başa çatıb

Azərbaycan və Türkiyə sualtı hücum qruplarının təlimi başa çatıb

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşəkarlıqla yerinə yetirilib.

Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edən kontr-admiral S.Bəkirov onlara gələcək xidmətlərində daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.






Son Xəbər