XƏBƏR, SİYASƏT
13-09-2021, 11:08

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Müdafiə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, general-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.






Son Xəbər