XƏBƏR
11-09-2021, 10:58

Sentyabrın 13-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Sentyabrın 13-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 13-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Qərbinfo.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar sentaybrın 11-i saat 00:00-dan sentyabrın 13-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də həmin müddət ərzində sərnişindaşıma dayandırılacaq.






Son Xəbər