XƏBƏR
9-09-2021, 13:17

Şəhid Ceyhun Nəhmətovun doğum günü münasibətilə məzarı ziyarət edilib, adına bulaq açılıb

Şəhid Ceyhun Nəhmətovun doğum günü münasibətilə məzarı ziyarət edilib, adına bulaq açılıb

Qərbinfo.az məlumat verir ki ,Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun döğum günü münasibətilə məzarı ziyarət edilmiş və adına inşa olunan bulaq kompleksinin açılışı olub.

Sentyabrın 8-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Daha sonra şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun adına inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasim iştirakçıları tərəfindən əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Mərdəkan qəsəbəsində inşa olunan bulaq kompleksinin açılış mərasimində millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, şəhidin ailə üzvləri, döyüş yoldaşları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən natiqlər şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlıqlarını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ceyhun Nəhmətovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişlər.

Şəhid atası Ehtiqad Nəhmətov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Nəhmətov Ceyhun Ehtiqad oğlu 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olub. 2001- 2012-ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub. 2016-cı ildə Akademiyanı leytenant rütbəsi ilə bitirib və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır.2018 ci ildə Qazax Sərhəd dəsdəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam edib. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam edib. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olarağ döyüşlərə başlamışdır .Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib. Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam edib. Əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb məhv edib. 8 Noyabr 2020-ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "Zəngilanın alınmasına görə" medalı ilə təltif olunub. Şəhidimiz Bakı şəhəri 3-cü Fəxri Xiyabanda dəfn edilib.






Son Xəbər