XƏBƏR, MANŞET-SLAYDER
8-09-2021, 15:36

Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə uçuş tapşırıqlarını yerinə yetiriblər

Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə uçuş tapşırıqlarını yerinə yetiriblər

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.






Son Xəbər