XƏBƏR, SİYASƏT
8-09-2021, 12:56

Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm - Fərid Qayıbov

Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm - Fərid Qayıbov

Gənclərin inkişafı, vətənpərvər ruhda yetişdirilməsi bundan sonra da nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olacaq və bununla bağlı planlarımızı açıqlayacağıq.

Bunu Qərbinfo.az-a açıqlamasında yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.

F.Qayıbovun sözlərinə görə, məlumdur ki, 44 günlük Vətən müharibəsində qələbəmizdə vətənpərvər ruhda yetişdirilən gənclər böyük rol oynadı:

“Bu, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsi idi. Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət yetirilir.

Gənclərin inkişafı, vətənpərvər ruhda yetişdirilməsi bundan sonra da nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olacaq və bununla bağlı planlarımızı açıqlayacağıq”.






Son Xəbər