XƏBƏR, İDMAN
7-09-2021, 13:24

Gimnastımız Sloveniyada dünya kubokunda iştirak edib

Gimnastımız Sloveniyada dünya kubokunda iştirak edib

Qərbinfo.az məlumat verir ki , 2-5 sentyabr tarixlərində Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku təşkil edilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandanın üzvü Milana Minakovskaya da iştirak edib.

Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış Milana kubokda 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17, gimnastika tirində isə 24-cü olub.






Son Xəbər