XƏBƏR, İDMAN
7-09-2021, 12:59

Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıdıb

Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıdıb

Bu gün Milli Paralimpiya Komandasının bir qrup üzvü vətənə qayıdıb.

Qərbinfo.az-ın məlumatına görə, Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən idmançılarımız Bakıya qayıdıb. İdmançılarımızı hava limanında azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

İdmançılarımız yarışlarla bağlı öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.






Son Xəbər