XƏBƏR, İQTİSADİYYAT
7-09-2021, 10:28

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır - Ekspert

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır - Ekspert

Azərbaycan kritik əhəmiyyət daşıyan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

Bunu Qərbinfo.az-a “Naval Postgratuade School”un (ABŞ) əməkdaşı, ekspert Arnold Düpüi deyib.

O bildirib ki, dünyanın digə hissələrində də Azərbaycanın neft və qazına böyük tələbat mövcuddur: "Azərbaycan, əlbəttə ki, Xəzər regionunda və Mərkəzi Asiyada enerji təhlükəsizlitynin təmin olunmasında böyük rol oynayır".

Qeyd edək ki, sentyabrın 6-dan 10-dək ADA Universiteti nəzdindəki Aİ məsələləri üzrə bilik mərkəzi NATO-nun enerji təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mərkəzi, Ali Hərbi Dəniz Məktəbi, BP Azərbaycan və Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə "Qafqaz-2021" Regional enerji təhlükəsizliyi üzrə genişləndirilmiş simpozium keçirəcək.






Son Xəbər