XƏBƏR, İQTİSADİYYAT
6-09-2021, 12:30

Azərbaycanda qeyri-neft sektorunda ixrac 1,6 milyard dollara yaxınlaşıb - Nazir

Azərbaycanda qeyri-neft sektorunda ixrac 1,6 milyard dollara yaxınlaşıb - Nazir

Azərbaycanda qeyri-neft sektorunda ixracın həcmi artır.

Qərbinfo.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabında yazıb.

Nazir bildirib ki, bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. dollardan çox olub.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100-də artıq ölkəyə məhsul ixrac olunub, 161-dən artıq ölkədən idxal olunub.

2021-ci ilin yanvar-iyun aylarında isə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artıb.






Son Xəbər