XƏBƏR, İDMAN
6-09-2021, 10:28

Şahmatçımız Rauf Məmmədov Avropa çempionatında 6-cı olub

Şahmatçımız Rauf Məmmədov Avropa çempionatında 6-cı olub

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatı başa çatıb.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov 7,5 xalla 6-cı yeri tutub. Onunla eyni xalı toplayan Nicat Məmmədov əlavə götəricilərə görə 17-ci pillədə qərarlaşıb. Digər şahmatçılarımızdan Nicat Abbasov 6,5 xalla 42-ci, Aydın Süleymanlı 6 xalla 67-ci, Read Səmədov isə 5,5 xalla 91-ci olub.

On bir turdan ibarət turnirin qalibi Rusiya təmsilçisi Anton Demçenko olub.






Son Xəbər