XƏBƏR, İDMAN
3-09-2021, 12:51

Para-üzgüçümüz Tokio-2020-də finala, para-taekvondoçumuz isə 1/4 finala yüksəliblər

Para-üzgüçümüz Tokio-2020-də finala, para-taekvondoçumuz isə 1/4 finala yüksəliblər

Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə idmançısı Raman Saleh (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 58.99 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə Qərbinfo.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Taekvondo idman növü üzrə idmançısı Əbülfəz Abuzərli (K44) Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində ilk görüşündə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.






Son Xəbər