XƏBƏR, SİYASƏT
2-09-2021, 12:17

Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterlinq ayırıb

Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterlinq ayırıb

Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında yazılıb.

Səfir Ceyms Şarp qeyd edib: "Mina və partlamamış sursatlar səbəbindən ölüm və yaralanma xəbərlərini eşitmək məni dəhşətə gətirib. Atəşkəsdən bəri 150-dən çox hərbçi və mülki şəxsin minaya düşməsi nəticəsində həlak olması və ya yaralanması faciədir".






Son Xəbər