XƏBƏR, SOSİAL
30-08-2021, 09:10

Koordinator: "Gənclərimiz daha çox yaradıcı və innovativ düşüncələrini sərgiləməlidirlər"

Koordinator: "Gənclərimiz daha çox yaradıcı və innovativ düşüncələrini sərgiləməlidirlər"

"Gənclərimiz daha çox yaradıcı və innovativ düşüncələrini sərgiləməlidirlər"

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Şəmkir Rayon İcra Hakimiyyətinin "Bir pəncərə" Xidmət Mərkəzinin koordinatoru Tural Əliyev könüllü gənclərlə görüş zamanı səsləndirib.

Vətəndaş-məmur münasibətlərinin yeni müstəviyə keçməsi və dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və operativ formada təşkil olunması mövzusunda Şəmkir Rayon İcra Hakimiyyətinin "Bir pəncərə" Xidmət Mərkəzinin könüllüləri ilə növbəti maarifləndirici söhbətlər aparılıb.

"BP" Xidmət Mərkəzinin koordinatoru mövzu ilə əlaqədar olaraq gənclərə geniş məzmunda məlumat verib.

Sonda könüllü gənclərin fikir və təklifləri dinlənilib. Gənclər onlara yaradılan geniş imkanlara görə Dövlətimizin başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, "BP" Xidmət Mərkəzinin könüllüləri sırasına şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazi gənclər də cəlb olunublar.
Koordinator: "Gənclərimiz daha çox yaradıcı və innovativ düşüncələrini sərgiləməlidirlər"






Son Xəbər