XƏBƏR, SOSİAL
27-08-2021, 12:30

Vətən müharibəsi Şəhidi Elgün Səmədovun ad günü qeyd edildi

Vətən müharibəsi Şəhidi Elgün Səmədovun ad günü qeyd edildi

26 avqust 2021-ci il tarixində rayonun Mehirli kəndi sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Elgün İlham oğlu Səmədovun ad günü şəhidin məzarı önündə və evində, Şəmkir rayon İcra Hakimiyyəti, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu.

Qərbinfo.az xəbər verir ki, Elgün Səmədov 2001-ci il avqustun 28-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.
Vətən müharibəsi Şəhidi Elgün Səmədovun ad günü qeyd edildi
Vətən müharibəsi Şəhidi Elgün Səmədovun ad günü qeyd edildi
Vətən müharibəsi Şəhidi Elgün Səmədovun ad günü qeyd edildi






Son Xəbər