XƏBƏR
24-08-2021, 16:12

Türkiyəyə göndərilən daha 7 qazi sağalaraq geri dönüb

Türkiyəyə göndərilən daha 7 qazi sağalaraq geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazimiz sağalaraq Vətənə geri dönüb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Qərbinfo.az-a verilən məlumata görə, qazilərimiz Mehtiyev Namiq Mureddin oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Əliyev Cahangir Gülbala oğlu, Hüseynov Tural Araz oğlu, Babayev Elnur Əlihüseyn oğlu, Cavadzadə Fuad Sənani oğlu, Atakişiyev Rəşad Nazim oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.






Son Xəbər