XƏBƏR
24-08-2021, 15:42

Azərbaycan qazını Serbiyaya daşıyacaq qaz kəmərinin tikintisi başlayır

Azərbaycan qazını Serbiyaya daşıyacaq qaz kəmərinin tikintisi başlayır

Azərbaycan qazının Serbiyaya tədarükünü təmin edəcək Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərinin tikintisi sentyabrda başlaya bilər.

Qərbinfo.az-ın məlumatına görə, bunu Serbiya baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mihayloviç deyib.

O bildirib ki, qaz marşrutlarının şaxələndirilməsi enerji daşıyıcıları tədarükçülərinin şaxələndirilməsi qədər vacibdir:

"Bu, bizim üçün yeni tədarük istiqamətini təmin edir. Dünya qaz bazarının gözlənilməzliyini nəzərə alsaq, tədarükçülərin də şaxələndirilməsi üzərində işləmək lazımdır".

Qeyd edək ki, Niş-Dimitrovqrad qaz kəməri 2023-cü ildə istifadəyə veriləcək. Nişdən Sofiyayadək qaz kəmərinin uzunluğu 170 kilometrə yaxındır, bunun 109 kilometri Serbiya ərazisindən keçəcək.






Son Xəbər