XƏBƏR, SİYASƏT
20-08-2021, 17:07

Azərbaycan Prezidenti: Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə yenidən qurulacaq

Azərbaycan Prezidenti: Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə yenidən qurulacaq

Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə yenidən qurulacaq.

Qərbinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

Dövlət başçısı bildirib:

"Kəlbəcər-Laçın yolu da təbii ki, ən yüksək səviyyədə yenidən qurulacaq. İndicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək. Bu da sovet vaxtında inşa edilmiş məşhur tuneldir. Burada göstərilir - inşası 1958-ci ildə başlamışdır, uzunluğu cəmi 200 metrdir. Bizim inşa edəcəyimiz tunellər isə 11 kilometr, 5 kilometrdir. Bax, bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur. Artıq tunel işıqlandırılıb. Ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istədilər. Görün, bu adamlar nə qədər məkrli hisslərlə yaşamışlar. Baxın bu hissəyə, buranı partlatmaq istədilər, amma alınmadı. Qaça-qaç idi, tələsirdilər.

Azərbaycanın gözəl mənzərələri. Kəlbəcər və Laçın rayonları təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlardandır. Ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə bilmədilər".






Son Xəbər