XƏBƏR
20-08-2021, 16:46

Kinoteatr və teatrlarla bağlı Operativ Qərargahdan açıqlama

Kinoteatr və teatrlarla bağlı Operativ Qərargahdan açıqlama

Kinoteatr və teatrlarların fəaliyyətinin bərpa olunması ilə bağlı gələcəkdə epidemioloji vəziyyət nəzərə alınmaqla qərar verilə bilər.

Qərbinfo.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu sahələrdə uzun müddətdir ki, bağlı qalan məkanlardandır. Əgər epidemioloji vəziyyət sabitləşərsə, bu sahələrin də müəyyən qaydalar çərçivəsində bərpası müzakirə oluna bilər.






Son Xəbər