XƏBƏR, İDMAN
19-08-2021, 15:27

Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı yekun qərar verilib

Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı yekun qərar verilib

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Assosiasiyadan Qəbinfo.az -a verilən məlumata görə, aparılmış müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun.

Bundan başqa 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunacaq (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).

İclasda qərara əsasən İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunub.

Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdiriləcək. Maddi dəstəyin məbləği isə AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.






Son Xəbər