XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
18-08-2021, 17:12

Prezident: Xalqın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biridir

Prezident: Xalqın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biridir

Xalqın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biridir. Qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, öz torpaqlarına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.

Qərbinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bu fikirləri bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Xalqın sevincini görmək böyük xoşbəxtlikdir. 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Tərəfimizdən böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. Bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada işlər artıq başlayır.






Son Xəbər