XƏBƏR, SİYASƏT
18-08-2021, 10:22

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

Avqustun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Nazirlikdən Qərbinfo.az-a verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.






Son Xəbər