XƏBƏR, SİYASƏT
17-08-2021, 10:26

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” sanatoriyasında olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” sanatoriyasında olublar

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Qərbinfo.az-ın məlumatına görə, səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” sanatoriyasına gəliblər.

Dövlət başçısı bildirib:

"İndi isə biz İstisuya gəldik. İstisu sanatoriyasının dağılmış görüntüləri gözümüzün önündədir. Vəhşi düşmən buranı da söküb. Baxın, nə günə qoyub sanatoriya korpuslarını".






Son Xəbər