XƏBƏR, DÜNYA
16-08-2021, 12:56

Türk Hava Yolları Əfqanıstana planlı uçuşları ləğv edib

Türk Hava Yolları Əfqanıstana planlı uçuşları ləğv edib

Türk Hava Yolları şirkəti Əfqanıstana bütün planlı uçuşları dayandırıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Əfqanıstandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərilib.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Türkiyə vətəndaşlarına çağırış edərək, ölkəyə qayıtmaq istəyənlərin səfirliyə müraciət etmələrini bildirmiş, vətəndaşların təxliyəsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulamışdı.

Qeyd edək ki, ötən gün Taliban silahlıları döyüşsüz ölkənin paytaxtı Kabili tutaraq bütün ölkədə nəzarəti ələ keçirdiyini elan edib. Bir çox ölkə vətəndaşlarının təxliyəsi üçün hərəkətə keçib.






Son Xəbər