XƏBƏR
13-08-2021, 18:00

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Avqustun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 63 547 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qərbinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 339 121 təşkil edir.






Son Xəbər