XƏBƏR, SİYASƏT
13-08-2021, 16:40

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sel fəlakəti ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sel fəlakəti ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Qərbinfo.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"






Son Xəbər