XƏBƏR
13-08-2021, 15:22

Millət vəkili Sevil Mikayılova seçiciləri ilə görüşüb

Millət vəkili Sevil Mikayılova seçiciləri ilə görüşüb

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda olub. Mütəmadi olaraq, seçiciləri ilə görüşən millət vəkili bu dəfə rayonun Pirquluoba inzibati ərazi dairəsi üzrə Yeni Sudur, Qoçaqlı və Hacıməmmədoba kəndləri, Yeni Həyat inzibati ərazi dairəsi üzrə Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndi və Çaykənarı inzibati ərazi dairəsi üzrə Çaykənarı və Gödəkli kəndlərinin sakinlərini qəbul edib.

Qərbinfo.az-ın məlumatına görə, görüşlər zamanı sakinlər əsasən sosial xarakterli müraciətlər səsləndiriblər. S.Mikayılova hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Seçicilərin problemlərinə diqqətlə yanaşan S.Mikayılova bildirib ki, qaldırılan bütün məsələlər ətraflı araşdırılıb müvafiq qurumlara müraciət ediləcək və məsələlərin həlli diqqətdə saxlanılacaq.

Millət vəkili qəbula gələn vətəndaşlara pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi, ölkədə aparılan peyvəndləmə prosesinə aktiv qoşulmağı da tövsiyə edib






Son Xəbər