XƏBƏR, SİYASƏT
13-08-2021, 15:12

Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı tapşırıqları tam icra edilib - Etibar Mirzəyev

Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı tapşırıqları tam icra edilib - Etibar Mirzəyev

Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam icra edilib.

Qərbinfo.az -ın məlumatına görə, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.






Son Xəbər