XƏBƏR, SOSİAL
12-08-2021, 11:58

Şəmkirdə şəhid Eşqin Gülməmmədovun doğum günü qeyd edilib

Şəmkirdə şəhid Eşqin Gülməmmədovun doğum günü qeyd edilib

Şəmkirdə şəhid Gülməmmədov Eşqin Rabil oğlunun doğum günü qeyd edilib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin məsul işçiləri şəhidin doğum günü ilə əlaqədar olaraq ailəsinə baş çəkiblər.

Görüş zamanı şəhid Eşqin Gülməmmədovun qəhrəmanlıq səhifəsi vərəqlənib. Onun keçdiyi döyüş yolu və göstərdiyi şücaət barəsində söhbət aparılıb.

Sonra şəhidimizin məzarı ziyarət edilib.

Qeyd edək ki, Gülməmmədov Eşqin Rabil oğlu 11 avqust 2001-ci ildə Şəmkir rayonu Qapanlı kəndində dünyaya gəlib.

Əsgər Eşqin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. O, noyabrın 3-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən E.Gülməmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına və şəxsi igidliyi, şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəmkirdə şəhid Eşqin Gülməmmədovun doğum günü qeyd edilib






Son Xəbər