XƏBƏR, HADİSƏ
11-08-2021, 12:39

Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub (ƏLAVƏ OLUNUB)

Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub (ƏLAVƏ OLUNUB)

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

FHN-dən Qərbinfo.az-a verilən məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

X X X
Saat: 07.33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.






Son Xəbər