XƏBƏR
5-08-2021, 15:43

Məhkəmə ekspertiza işlərinin sayı 16%-dən çox artıb

Məhkəmə ekspertiza işlərinin sayı 16%-dən çox artıb


Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işlərinin sayı 16%-dən çox artaraq 21 mini ötüb, onlardan 17.500-dən çoxunun icraatı tamamlanıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov deyib.

O mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcminin 30% artdığını vurğulayıb.

R.Rəhimov bildirib ki, ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12%-dən çox artıb.






Son Xəbər