XƏBƏR, İQTİSADİYYAT
5-08-2021, 10:54

Avqustun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Avqustun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək


Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.






Son Xəbər