XƏBƏR
2-08-2021, 10:12

Güllə atıcımız Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb

Güllə atıcımız Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Olimpiadasında mübarizəni dayandırıb.

Qərbinfo.az xəbər verir ki, tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançımız ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Təmsilçimiz ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək. Final mərhələsi bu gün təşkil olunacaq.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.






Son Xəbər