XƏBƏR, HADİSƏ
15-07-2021, 10:46

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var

Şəmkir rayonunda “QAZel” markalı yük avtomobili ilə “QAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Qərbinfo.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun və 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.






Son Xəbər