Şəmkir rayonunun Zəyəm qəsəbə körpələr evi-uşaq bağçasına yeni müdir təyinatı olub.
Qərbinfo.az-ın məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyeva Pakizə Vüsal qızı Zəyəm qəsəbə körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.
1996-cı ildə Zəyəm qəsəbəsində anadan olan Pakizə Əliyeva ali təhsillidir, Bakı Dövlət Üniversitetinin Psixologiya fakültəsini bitirib.