XƏBƏR, SİYASƏT
7-04-2021, 22:38

Azərbaycanı gözəl məkana çevirmək və torpaqları bərpa etmək böyük işdir

Azərbaycanı gözəl məkana çevirmək və torpaqları bərpa etmək böyük işdir

Bu torpaqları bərpa etmək, Azərbaycanı gözəl məkana çevirmək böyük işdir. Bizim missiyamız dua etməkdir.

Qərbinfo.az - ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete bildirib.

O, dini liderlərin bu əraziyə səfəri ideyasını irəli sürdüyünə və səfərin təşkilinə görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edib.

İcma rəhbəri qeyd edib ki, bütün azərbaycanlılar bu torpaqlara gəlmək istəyir. Səfərin əsas məqsədi də bu torpaqların azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş gənc insanlara, bütün zərər çəkmiş insanlara dualar oxumaqdır: "Dua etməliyik ki, Allah bizim Prezident İlham Əliyevə, dövlətin rəhbərliyinə kömək olsun, bu torpaqlar ildən-ilə inkişaf etsin, çiçəklənsin, cənnətə çevrilsin. Bütün dünyaya da göstərək ki, bu torpaqlarda necə dağıntılar törədilmişdi və Allahın köməyi ilə bu əraziləri necə bərpa etdik”.






Son Xəbər